Accessibility links

ABŞ əsgərinin 16 nəfəri öldürdüyü kəndə səfər edən əfqan nümayəndə heyəti hücuma məruz qalıb. Qəndəharda həyata keçirilən hücum nəticəsində bir əsgər həlak olub, bir polis işçisi yaralanıb. Hücumun məsuliyyətini üzərinə alan olmasa da, Taliban amerikalılardan qisas alınacağına and içib.

Bazar günü hadisəsindən sonra bu gün ilk dəfə olaraq Cəlilabad şəhərində hücuma etiraz olaraq aksiya keçirilib. Nümayişçilər “Amerikaya ölüm” şüarı səsləndirib.

Əfqanıstan xalqına başsağlığı verən ABŞ prezidenti bu hadisənin ABŞ qüvvələrinin Əfqanıstandan vaxtından əvvəl çıxarılmasına yol açmayacağını bildirib.

Prezident deyib ki. tələsik addım ölkədə hərcmərclik və fəlakətə səbəb ola bilər.

Əfqanıstanın Qəndəhar vilayətindəki ABŞ hərbi bazasının əsgəri bazar günü səhər bazanı tərk edərək, mülki vətəndaşları atəşə tutub. Nəticədə 16 adam həlak olub. NATO onun nəzarət altına alındığını və hadisə ilə bağlı istitaqa başladığını bildirib.

XS
SM
MD
LG