Accessibility links

Əfqan ordusunun uniformasını geymiş şəxs NATO əsgərlərinə atəş açıb

  • Amerikanın səsi

NATO rəsmiləri Əfqanıstan Milli Ordusunun uniformasını geymiş şəxsin koalisiya əsgərlərinə atəş açaraq əsgərlərdən birini öldürdüyünü xəbər verir.

NATO-nun bəyanatında deyilir ki, Əfqanıstanın cənubunda baş vermiş insidentdə əsgərlər cavab atəşi açaraq qatili öldürüblər.

Son zamanlar əfqan ordu uniformasını geymiş şəxslərin koalisiya əsgərlərinə artan hücumları qeydə alınır.

Ölkənin başqa hissəsində iki taliban komandiri və üç üsyançı NATO qüvvələri tərəfindən öldürülüb. NATO-nun açıqladığı bəyanatda deyilir ki, öldürülənlərdən biri Fəryab vilayətində yokənarı bomba partlayışları təşkil edirdi.

XS
SM
MD
LG