Accessibility links

Əfqan polisi ilə ispan əsgərləri arasında atışma olub


Nəticədə iki ispan və bir əfqan həlak olub

Əfqanıstanın polis çağırışçısının ispan təlim mərkəzinə atəş açması nəticəsində iki ispan əsgəri və tərcüməçi həlak olub. İspaniyanın daxili işlər naziri Alfredo Perez bildirib ki, ispan əsgərləri atəşə cavab verərək, əfqan polisini öldürmüşlər. Hadisə bu gün Bagdis vilayətinin Qalayi Nav şəhərində baş verib. Əfqan polisinin bildirdiyinə görə, ispan və əfqan zabitləri arasında mübahisədən sonra onlar arasında atışma baş verib. Əfqan polisinin qətli sakinlərin etirazına səbəb olub. Bazada olan təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində 15 etirazçı yaralanıb.

XS
SM
MD
LG