Accessibility links

Əfqanıstan prezidentinin qardaşı güllələnib

  • Amerikanın səsi

Əfqanıstan prezidentinin qardaşı güllələnib

Əfqanıstan prezidentinin qardaşı güllələnib

Əfqanıstan prezidenti Həmid Karzainin qardaşı Qəndəhardakı evində güllələnib. Prezident Karzai Kabildə müxbirlərə kiçik qardaşı Əhməd Vəli Karzainin qətlinin əfqan millətinin çəkdiyi əzabı əks etdirdiyini deyib. Rəsmilər Vəli Karzainin bu gün cangüdənlərindən biri tərəfindən öldürüldüyünü ehtimal edirlər. Hadisənin səbəbi dərhal məlum olmayıb. Əfqanıstanda xidmət edən koalisiya qüvvələrinin baş komandanı Deyvid Petraus Vəli Karzainin qətlini pisləyib və deyib ki, NATO qüvvələri hadisəni törədənləri ədalət məhkəməsi qarşısına gətirməkdə əfqan hökumətinə kömək edəcək.

XS
SM
MD
LG