Accessibility links

Əfqanıstan prezidenti Kabildə çıxış edib


Əfqanıstan prezidenti Həmid Karzay ölkəsində terrorizm və radikalizmlə mübarizədə, regionda sülhün bərqərar edilməsi və iqtisadi inkiaşflara nail olunmasında beynəlxalq partnyorların əməkdaşlığını yüksək qiymətləndirib.

Bu gün Kabildə keçirilən birgünlük konfrans zamanı təhlükəsizlik tədbirləri möhkəmləndirilib. Prezident Karzay və başqa rəsmilər 2014-cü ildə xarici qoşunlar ölkədən çıxdıqdan sonra Əfqanıstanın gələcəyini müzakirə edib. Müzakirələr ötən noyabr ayında Türkiyədə keçirilən bənzər danışıqların davamıdır. Cənab Karzay beynəlxalq qoşunlar 2014-cü ildə çıxarılmazdan əvvəl, gələn ilədək Əfqanıstanda ölkənin təhlükəsizliyə nəzarəti öz əlinə alacağına əminliyini dilə gətirib.

XS
SM
MD
LG