Accessibility links

Əfqan qadınının gələcəyi müzakirələr mərkəzindədir

  • Amerikanın səsi

Dünya liderləri Əfqanıstanın gələcəyi barədə müzakirələr apardıqları bir vaxt, insan haqları qrupları əfqan qadının bu müzakirələrdə iştirak etmədiyini deyirlər.

Bir çox əfqan kimi Manizə Naderi on ildən çox davam edən müharibədən, 2014-cü ildə beynəlxalq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra ölkənin taleyinin necə olacağından narahatdır. “ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra ölkə parçalana bilər. 10 ildə əldə edilən nailiyyətlər itirilə bilər və vətəndaş müharibəsi başlaya bilər.”

2001-ci ildə ölkənin nəzarəti Talibanın əlindən alınandan sonra əfqan qadınına bir sıra hüquqlar verildi. 1990-cı illərdə, Talibanın ölkəni idarə etdiyi vaxt Əfqanıstanda qadınlara işləməyə, təhsil almağa və evdən yanında ailədən bir kişi olamdan evdən çıxmağa icazə verilmirdi. O vaxtdan bəri çox şey dəyişib.

Əfifa Əzim Əfqan Qadınları Şəbəkəsinin həmtəsisçisidir. “NATO və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Taliban hakimiyyətdən getdikdən sonra qadınlar işləməyə başladılar. Qızlar məktəbə qayıtdı, qadınlara ictimai təşkilatlarda, hökumət idarələrində yer verildi.”

Lakin Əfqanıstan və beynəlxalq insan haqları fəalları xarici qüvvələrin ölkəni tərk etməsindən sonra əldə edilən belə tərəqqilərə tez bir zamanda qadağa qoyulacağından narahatdırlar.

Amnesty İnternational NATO-nun Çikaqo şəhərində keçirilən sammitində iştirak edən ABŞ prezidenti Barak Obamaya və Əfqanıstan prezidentinə qadın azadlığı və təhlükəsizliyi ilə bağlı verdikləri sözə əməl etmələri barədə açıq məktub ünvanlamışlar.

Əfqan qadınlarının müdafiəsi ilə bağlı məktubu ABŞ-ın sabiq baş katibi Madelen Olbrayt və Nobel mükafatı laureate Şirin İbadi də daxil edilməklə, bir sıra qadın imzalamışdır. Amnesty International təşkilatından Frank Cannuzi: “Əfqan qadınlar sülh prosesində həm ümummilli həm də lokal səviyyədə - planlaşdırmada, danışıqlarda və icrada iştirak edirlər. Biz əfqanıstanda qadın hüquqlarının inkişafı üçün fond yaradılmasını görmək istərdik.”

Burada, bu “kölgə sammitində” iştirak etməklə, qadınlar sülh və əmin-amanlıq şəraitində yaşamaq, təhsil almaq, yaxşı idarəçilik istədiklərini nümayiş etdirirlər.

Üç milyon qızın məktəbə getdiyi və parlament yerlərinin üçdə birini qadınların tutduğu Əfqanıstanda Amnesty International və digər insan haqları qrupları sülh danışıqlarında qadın təmsilçiliyinin 30 faiz olmasını tələb edirlər.

XS
SM
MD
LG