Accessibility links

Əfqanıstanda partlayış nəticəsində 17 nəfər həlak olub


Əfqanıstanın qərbində avtomobilə yerləşdirilən bomba partlayışı toy mərasimində iştirak edən 17 mülki vətəndaşın həyatına son qoyub.

Əfqan rəsmiləri partlayışın Fərəh əyalətində baş verdiyini bildirib. Həlak olanların çoxu qadın və uşaqlardır. Hadisə zamanı ən az 10 nəfər yaralanıb.

Rəsmilər hadisəyə görə Taliban yaraqlılarını təqsirləndirib.

NATO “dinc əhaliyə qarşı yönəlmiş son ölümcül hücumu” kəskin şəkildə qınayıb. Koalisiya sözcüsü, Briqada Generalı Con Madover deyib ki, “qiyamçıların” mülki əhalini öldürməmək vədlərinə baxmayaraq, onlar amansız mübarizələrində əldəqayırma partlayıcı qurğulardan istifadə edirlər.”

Koalisiyanın bildirdiyinə görə, qiyamçılar bu il ərzində 2800 mülki əhalinin ölümünə səbəb olub.

Digər məlumatda NATO Əfqanıstanın şərqində iki əsgərinin öldürüldüyü xəbərini yayıb.
XS
SM
MD
LG