Accessibility links

Əfqanlar hələ də Quran yandırılması planına etiraz edir


Birləşmiş Ştatlarda keşişin Quran yandırmaq planından əl çəkməsinə baxmayaraq, Əfqanıstanda bu plana qarşı üç gündən bəri etiraz nümayişləri davam edir. Loqar vilayətinin Baraki Barak mahalın başçısı Məhəmməd Rəhim Əminin dediyinə görə, əfqan polisinin etirazçıları atəşə tutuması nəticəsində iki nümayişçi həlak olub və bir neçəsi yaralanıb. O, bildirib ki, etirazçılar “Amerikaya Ölüm” şüarlar söyləmiş və hökumətin baş qərargahına hücum etməyə cəhd göstərmişlər. Cümə və şənbə günlərində Əfqanıstanın bütün bölgələrində Quranın yardırılması planına qarşı etiraz nümayişləri keçirilib. Etirazçıların bəzisi keşişdən Quranın yardırılması planını ləğv etməyi tələb edib. Birləşmiş Ştatların Floridadakı kiçik kilsənin pastoru Terri Couns daxili və xarici ölkə rəsmilərinin qınaqlarından sonra, Quran yardırmaq planını təxirə salıb.

XS
SM
MD
LG