Accessibility links

İki ölkə arasında ticarət, yardım, unvestisiya və təhlükəsizliyin bərpası barədə müzakirə zamanı Çin prezidenti Əfqanıstana təmənnasız yardım edəcəyinə söz verib.

Bu gün Pekinin Xalq sarayında Əfqanıstan prezidenti Həmid Karzayla görüşən Çin prezidenti Hu Jintao deyib ki, Çin keçid dövrünə qədəm qoyduğu bir vaxt Əfqanıstana yardımını davam etdirəcək.

Çin 2014-cü ildə Birləşmiş Ştatlar və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə rolunun artırılmasına çalışır.

Dövlət başçıları Çin və Əfqanıstan arasında strateji tərərdaşlığa dair raılıq imzalayıb. Razılığa əsasən, Çin Əfqanıstanda infastruktur və əfqan tələbələrə təqaüd verilməsi üçün 24 milyon dollarlıq yardım vəd edib.






XS
SM
MD
LG