Accessibility links

Əfqanıstan prezidenti ölkənin təhlükəsliyinə nəzarətin əfqan qüvvələrinə verilməsini qarşıya məqsəd qoyub


Əfqanıstan prezidenti ölkənin təhlükəsliyinə nəzarətin əfqan qüvvələrinə verilməsini qarşıya məqsəd qoyub
Əfqanıstan prezidenti ölkənin təhlükəsliyinə nəzarətin əfqan qüvvələrinə verilməsini qarşıya məqsəd qoyub

Kabildə keçirilən Beynəlxalq Donor Konfransında Əfqanıstan prezidenti Həmid Karzay 2014-cü ilədək ölkənin təhlükəsliyinə nəzarətin əfqan qüvvələrinə təhvil verilməsinin qarşıya məqsəd qoyulduğunu bildirib

Bu gün Kabildə keçirilən Beynəlxalq Donor Konfransında Əfqanıstan prezidenti Həmid Karzay 2014-cü ilədək ölkənin təhlükəsliyinə nəzarətin əfqan qüvvələrinə təhvil verilməsinin qarşıya məqsəd qoyulduğunu bildirib. Əfqanıstanın dövlət başçısı beynəlxalq tərəfdaşlarını ölkəyə daxil olan maddi yardımlara Əfqanıstan hökumətinin nəzarətinin artırılmasına çağırıb. Cənab Karzay beynəlxalq ictimaiyyətin gələn 3 il üçün Əfqanıstanın daha artıq pulla təmin ediləcəyini görmək arzusunda olduğunu, lakin vəsaitin daha çox hökumət kanalları ilə istifadəsinin vacibliyini qeyd edib. Konfransda iştirak edən ABŞ dövlət başçısı Hillari Klinton isə deyib ki, Amerika Əfqanıstan hökumətinin idarəçiliyin inkişafı, korrupsiya ilə mübarizə sahələrindəki fəaliyyətini təqdirəlayiq hesab edir. O, hələ görüləsi bir çox işin qaldığını da vurğulayıb. Xanım Klinton deyib ki, ABŞ Obama administrasiyasının 2011-ci ilin iyul ayı, qüvvələrin çıraxılması nəzərdə tutulan müddətədək Əfqanıstana yardımını davam etdirəcək.

XS
SM
MD
LG