Accessibility links

Əfqanıstan prezidenti Londondadır


Əfqanıstan prezidenti Londondadır

Əfqanıstan prezidenti Londondadır

Cənab Kərzayın Britaniyanın nazirləri ilə görüşəcəyi gözlənilir

Əfqanistan prezidenti Həmid Karzay Britaniya liderləri ilə Əfqanıstanda təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün Londondadır. Cənab Karzay Britaniyanın baş naziri Deyvid Kameron və Britaniyanın xarici işlər və müdafiə nazirləri ilə bu gün görüşəcək.Əfqan rəsmilərinin bildirdiyinə görə, danışıqlar ölkədə təhlükəsizliyə nəzarətin NATO qoşunlarından əfqan qüvvələrinə ötürülməsini əhatə edəcək. Beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması prosesi 2014-cü ilədək başa çatmalıdır. Britaniyanın bu ölkədə 10000 əsgəri var. Səfər zamanı prezident Karzay Londonun Britaniya muzeyində Əfqanıstanın qədim tarixinə dair sərgini də açacaq. Sərgidə Əfqanıstanın 3 minlik tarixini əks etdrən 200 ekspanat nümayiş etdiriləcək.

XS
SM
MD
LG