Accessibility links

Əfqanıstan prezidenti təhlükəsizliyin təhvil verilməsini müzakirə edib


Əfqanıstan prezidenti təhlükəsizliyin təhvil verilməsini müzakirə edib
Əfqanıstan prezidenti təhlükəsizliyin təhvil verilməsini müzakirə edib

Əfqanıstan prezidenti Həmid Karzay deyir ki, ölkənin silahlı qüvvələri tezliklə ölkənin yarısında təhlükəsizliyə nəzarəti öz üzərinə götürəcək. Bu addım NATO qüvvələrinin Əfqanıstanı 2014-cü ildə tərk etməsi yolunda ikinci mərhələ sayılır.

Bu gün verdiyi bəyanatda prezident Karzay deyib ki, ölkənin şimal və qərbinə altı vilayət, yeddi şəhər və onlarla mahal xarici nəzarətdə daxili nəzarətə keçəcək. Keçidin konkret tarixi verilməyib.

İkinci mərhələdə keçid üçün nəzərdə tutulan mahallar Helmənd vilayətindəki Nava, Nad Əli, Marca bölgələridir ki, NATO qüvvələri burada qiyamçı alovları söndürüldüyünü deyir. Nimroz, Bəlx və Taxar siyahıda yer alıblar.

Keçidin birinci mərhələsi iyulda başlayacaq. Təhvil veriləcək yeddi region arasında Kabil də var.

XS
SM
MD
LG