Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzay və ABŞ generalı Deyvid Petreas Qəndəhar vilayətinə səfər edib

  • Amerikanın səsi

Əfqanıstan prezidenti Həmid Karzay və ABŞ generalı Deyvid Petreas Qəndəhar vilayətinə səfər edib

Əfqanıstan prezidenti Həmid Karzay və ABŞ generalı Deyvid Petreas Qəndəhar vilayətinə səfər edib

Koalisiya qüvvələri bu vilayəti taliban yaraqlılarından təmizləmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir

Əfqanıstan prezidenti Həmid Karzay və Birləşmiş Ştatların generalı Deyvid Petreas Qəndəhar vilayətinə səfər edib. Koalisiya qüvvələri bu vilayəti taliban yaraqlılarından təmizləmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir. Onları müşayiət edən Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Karl Eykenberrinin Qəndəhar vilayətində tayfaların ağsaqqaları ilə görüşü gözlənilir. NATO və Əfqan hərbi qüvvələri yaraqlıları istehkamlarından çıxarmağa çalışır. Bu arada Britaniya bildirir ki, Əfqanıstanda girov götürülən humanitar yardım işçisi Linda Norqhrov xilas əməliyyatı zamanı öldürülüb. O, üç əfqan həmkarı ilə bərabər sentyabrın 26-da Kunar vilayətində girov götürülmüşdü.

XS
SM
MD
LG