Accessibility links

Əfqanıstanda döyüş zamanı 32 yaraqlı və dörd əfqan əsgəri həlak olub


Əfqanıstanda döyüş zamanı 32 yaraqlı və dörd əfqan əsgəri həlak olub

Əfqanıstanda döyüş zamanı 32 yaraqlı və dörd əfqan əsgəri həlak olub

Əfqanıstan ordusunun rəsmiləri ölkənin qərbində gedən döyüşlər zamanı azı 32 yaraqlının və dörd əfqan əsgərinin həlak olduğunu bildirib. Bundan başqa, bazar günü Badqis vilayətində baş verən toqquşmada üç əsgər yaralanıb. NATO bazar günü Əfqanıstanın cənubunda iki əsgərinin öldürüldüyü barədə məlumat verib. Onlardan biri bomba partlayışı, ikincisi isə yaraqlıların hücumu nəticəsində həlak olub. Xarici qüvvələrin ölkədən məhdud sayda çıxarılmasına iyul ayında başlanacağı gözlənilir.

XS
SM
MD
LG