Accessibility links

Əfqanıstanda iki qarşıdırma zamanı 14 yaraqlı qətlə yetirilib

  • Amerikanın səsi

NATO eyni zamanda qoşunlarının Qəndahar vilayətində Arqandad rayonu üzrə Taliban təşkilatçısını ələ keçirdiklərini təsdiqləyib

NATO bildirib ki, Əfqanıstandakı koalisiya qüvvələri Oruzqan vilayətində iki qarşıdırma zamanı 14 yaraqlını qətlə yetiriblər. Rəsmilər bazar günü alyans patrulunun yaraqlıların hücumunu susturmaq üçün hava qüvvələrinin yardımını tələb etdiyini bildirib. Tələb bir müddət kiçik avtomat silahlarla atışmadan sonra edilib. Hava hücumları nəticəsində üç yaraqlı həlak olub. Başqa bir hadisədə koalisiya qüvvələri 15 yaraqlının bir yerə toplandığını müəyyən etdikdəndən sonra bir daha hava qüvvələrinin yardımını tələb etmişdir. Bu hücum nəticəsində isə 11 yaraqlı öldürülmüşdür. NATO eyni zamanda qoşunlarının Qəndahar vilayətində Arqandad rayonu üzrə Taliban təşkilatçısını ələ keçirdiklərini təstiqləyib. Ələ keçirilən şəxsin silah daşınmasına və bölgədə fəaliyyət göstərən Taliban komandirlərinə nəzarət edirdi. Təşkilatçının üç yardımçısı həbs edilib.

XS
SM
MD
LG