Accessibility links

Əfqanıstanda 12 iranlı mühəndis oğurlanıb


Əfqanıstanda 12 iranlı mühəndis oğurlanıb
Əfqanıstanda 12 iranlı mühəndis oğurlanıb

Kabilin 700 kilometrliyində yerləşən Fərah əyalətinin rəsmisi Nəqibullah Fərahi deyib ki, naməlum silahlı şəxslər əyalətin “Şibkuh” məntəqəsində fəaliyyət göstərən İran şirkətinə hücum çəkərək 12 iranlı mühəndisi girov götürüb bilinməz istiqamətə aparıb.

Aprelin 18-də Əfqanıstanın Fərah əyalətində fəaliyyət göstərən İran şirkətinə silahlı basqında 12 iranlı mühəndis oğurlanıb.

“Media forum” saytının məlumatına görə, Kabilin 700 kilometrliyində yerləşən Fərah əyalətinin rəsmilərindən olan Nəqibullah Fərahi jurnalistlərə açıqlamasında deyib ki, naməlum silahlı şəxslər əyalətin “Şibkuh” məntəqəsində fəaliyyət göstərən İran şirkətinə hücum çəkərək 12 iranlı mühəndisi girov götürüb bilinməz istiqamətə aparıblar.

Nəqibullah Fərahi hələlik hadisəni hər hansı qruplaşmanın öz üzərinə götürmədiyini bildirib.

XS
SM
MD
LG