Accessibility links

Əfqanıstanda 19 namizədin qələbəsi ləğv olunub


Əhməd Ziya Rəfat, Seçki Şikayətləri Komissiyasının sözçüsü

Əhməd Ziya Rəfat, Seçki Şikayətləri Komissiyasının sözçüsü

Əfqanıstan seçkilərinə nəzarət edən qrup ölkənin parlament seçkilərində 19 adamın rəsmi qələbəsini saxtakarlıqla bağlı ittihamlar təsdiq edildikdən sonra ləğv edib. Ekspertlər heyəti habelə ikinci yerə çıxmış iki namizədin səslərini etibarsız elan edib. Rəsmi bildirib ki, namizədlərin appelyasiyaya müraciət etmək hüququ yoxdur. Komissiya sentyabrın 18-də keçirilən seçkilərin ardınca 2500-dən çox şikayətə baxıb. 249 yerlik parlament üçün səsvermə Əfqanıstan prezidenti Həmid Karzayın Qərb müttəfiqləri tərəfindən diqqətlə izlənilir. Qərb dövlətləri əmin olmaq istəyirlər ki, əfqan lider korrupsiyaya uğramış hökumətini islah etmək əzmindədir.

XS
SM
MD
LG