Accessibility links

Əfqanıstanın cənubunda zirehli maşınınn yol kənarında yerləşdirilmiş bombaya dəyməsi nəticəsində altı britaniyalı əsgər həlak olub. Hadisə əsgərlər dünən axşam Helmənd vilayətində patrul çəkən zaman baş verib.

Bu, Əfqanıstanda 2006-cı ildə vertolyot qəzası nəticəsində 14 əsgərin ölümündən sonra Britaniya hərbi qüvvələrinin verdiyi ən böyük tələfatdır. Bununla 2001-ci ildə Əfqanıstanda müahirbənin başlamasından sonra ölən Britaniya əsgərlərinin sayı 404 nəfərə çatlr. Britaniya 10 illik müharibə dövründə ABŞ-dan sonra ən çox təlafat verən ikinci ölkədir.

Britaniyanın Baş Naziri Deyvid Kameron deyib ki, Əfqanıstanda həyata keçirilən missiya ölkənin təhlükəsizliyi üçün olduqca mühümdür.

XS
SM
MD
LG