Accessibility links

Əfqanıstanda intiharçı hücumu 4 nəfərin həyatına son qoyub


Əfqanıstanda intiharçı hücumu 4 nəfərin həyatına son qoyub
Əfqanıstanda intiharçı hücumu 4 nəfərin həyatına son qoyub

Əfqanıstan rəsmiləri deyir ki, ölkənin cənubunda NATO ilə əlaqəli olan inşaat işçilərinə qarşı intiharçı hücumu nəticəsində 4 nəfər həlak olub.

Helmənd vilayətinin qubernatorunun sözçüsü bu gün həyata keçirlən hücumun vilayətin paytaxtı Ləşkar Gah şəhərində baş verdiyini bildirib.

Rəsmilər deyir ki, intiharçı təhsil departamentinin binasının önündən keçən zaman avtomobili partladıb.

Ölənlər arasında bir nəfər uşaq da var. Rəsmilər deyir ki, 3 əcnəbi olmaqla 31 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti alıb.

NATO hələlik hücuma dair detallı məlumat açıqlamayıb.

XS
SM
MD
LG