Accessibility links

Əfqanıstanda bomba partlayışları baş verib


Əfqanıstanda bomba partlayışları baş verib
Əfqanıstanda bomba partlayışları baş verib

Əfqanıstan rəsmiləri deyirlər ki, ölkənin cənubunda baş verən bomba hücumlarında ən azı 13 adam həlak olub.

Əfqanıstan rəsmiləri deyirlər ki, ölkənin cənubunda baş verən bomba hücumlarında ən azı 13 adam həlak olub. Hücumlar Helmənd vilayətinin inzibati mərkəzi olan Ləşkər Gah yaxınlığındakı Nəhr-e Sarrac məntəqəsində baş verib. NATO xəbər verir ki, helikopterlər ən azı 40 yaralını xəstəxanalara evakuasiya ediblər. Əfqanıstan rəsmiləri deyirlər ki, bomba xaş-xaş əkininin dayandırmaq üçün insanlara pulsuz toxum paylanılan zaman baş verib. Vilayət rəsmiləri partlayışın intiharçı tərəfindən törədildiyini bildirib, lakin Daxili İşlər Nazirliyi bombanın velosipedə bağlandığını bildirib.

XS
SM
MD
LG