Accessibility links

Əfqanıstanda əcnəbi əsgərlər zorakılıqlara məruz qalır


Əfqanıstanda əcnəbi əsgərlər zorakılıqlara məruz qalır

Əfqanıstanda əcnəbi əsgərlər zorakılıqlara məruz qalır

Həmid Karzayın sözlərinə görə, Ali Sülh Şurasının yaradılması sülh danışıqlarında irəliyə doğru ciddi addım hesab edilir

Əfqanıstanda xarici əsgərlərin həyatına son qoyan zorakılıqların artmasına baxmayaraq, ölkə Talibanı sülh danışıqlarına cəlb edən planlar üzərində işləyir. Əfqanıstan prezidenti Həmid Karzayın sözlərinə görə, Ali Sülh Şurasının yaradılması sülh danışıqlarında irəliyə doğru ciddi addım hesab edilir. Burada göstərilir ki, şuraya cihad liderləri, nüfuzlu siyasi fiqurlar və qadınlar daxil ediləcək. Şuranın yaradılması iyun ayında Kabildə sülhə dair milli konfransda təsdiq edilmişdir. Plana əsasən, zorakılığı qınayan və terror şəbəkəsi ilə bütün əlaqələri kəsən üsyançılara maddi güzəştlər ediləcək və onlar işlə təmin ediləcəklər. Bununlıa yanaşı, NATO-nun bildirdiyinə görə, alyansın daha 2 əsgəri yaraqlılar tərəfindən qətlə yetirilib. Əsgərlərin Əfqanıstanın cənub bölgəsində öldürüldüyü bildirilir.

XS
SM
MD
LG