Accessibility links

Əfqanıstanda Haqqani şəbəkəsinin liderlərindən biri öldürülüb


Əfqanıstanda Haqqani şəbəkəsinin liderlərindən biri öldürülüb
Əfqanıstanda Haqqani şəbəkəsinin liderlərindən biri öldürülüb

NATO-nun Əfqanıstandakı qüvvələri əl-Qaidə ilə əlaqəsi olan Həqqani şəbəkəsinin liderinin Pakistanla sərhəd yaxınlığındakı Xost vilayətində hava hücumu zamanı öldürüldüyünü deyib. Dilavər kimi tanınan yaraqlı dünən Musa Xel rayonunda hücum zamanı həlak olub. Bəyanatda deyilir ki, hücum zamanıonun silahdaşlarından ikisi həlak olub. NATO bildirib ki, Dilavər Əfqanıstanda Həqqani şəbəkəsinin lideri Hacı Mali Xanın tabeçiliyində olan əsas fiqurlardan idi. Məlumata görə o, Xanın həbsindən bir həftə sonra öldürülüb.

XS
SM
MD
LG