Accessibility links

Əfqanıstanda iki amerikalı hərbçi öldürülüb

  • Amerikanın səsi

AFGHANISTAN QURAN

AFGHANISTAN QURAN

NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin iki amerikalı hərbçisi öldürülüb. Podpolkovnik və mayor Əfqanıstanın Daxili İşlər Nazirliyinin komanda mərkəzində güllə ilə qətlə yetirilib. Amerika hərbçilərinin əksəriyyəti nazirlikdə məsləhətçi qismində çalışır. NATO-nun bəyanatında silahlı şəxsin həbrçilərə qarşı hücuma keçdiyi bildirilsə də, onun kimliyi barədə məlumat verilmir. Hücumun məsuliyyətini Quran nüsxələrinin yandırılmasının qisası olaraq Taliban üzərinə götürüb.

Son günlər Əfqanıstanda Quran nüsxələrinin yandırılmasına etirazlar davam edir. Artıq beşinci gündür ki, ölkədə zorakılıqlar vüsət alıb. BMT-nin kompleksinə etirazlar daş yağdırıb. Kunduz şəhərindəki iğtişaşlar nəticəsində 3 nəfər həlak olub, 47 adam xəsarət alıb.

ABŞ prezidenti Barak Obama və Amerikanın digər rəsmilərinin üzrxahlığına baxmayaraq, zorakılıqlar ara vermir.

Çərşənbə axşamından bəri Əfqanıstanda 27 adam həlak olub.

XS
SM
MD
LG