Accessibility links

Əfqanıstanda iki britaniyalı həbs edilib


Əfqanıstanda iki britaniyalı həbs edilib

Əfqanıstanda iki britaniyalı həbs edilib

Rəsmilərin sözlərinə görə, Böyük Britaniya qüvvələri Əfqanıstanda iki britaniyalını həbs edib. Mətbuatda onların Taliban üçün mücadilə apardıqlarına dair şübhələr olduğu dərc edilmişdi.

Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul deyib ki, o, bu barədə bəzi detallara malikdir. Nazir istintaq aparıldığı üçün bu barədə məlumat verə bilməyəcəyini deyib. Onun sözlərinə görə, hər şey aydınlaşandan sonra suallara cavab veriləcək.

Londonda Britaniyanın Xarici İdarəsi iki britaniyalının saxlanılmasını təsdiq edib və bildirib ki, səfirlik işçiləri lazımi köməyi göstərirlər. Onlarla bağlı başqa məlumat açıqlanmayıb. The Times of London qəzetinin məlumatına görə, şübhəlilər britaniyalılara qarşı təhlükə sübhəsinə cavab olaraq Əfqanıstanın Helmənd vilayətində keçirilən əməliyyat zamanı saxlanılıblar.

XS
SM
MD
LG