Accessibility links

Əfqanıstanda iki NATO əsgəri həlak olub


Əfqanıstanda iki NATO əsgəri həlak olub
Əfqanıstanda iki NATO əsgəri həlak olub

NATO xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən hərbi baza yaxınlığında baş verən partlayış nəticəsində iki koalisiya əsgəri həlak olub. Əfqan rəsmilər bildirir ki, Qardezdə baş verən partlayış əlavə iki adamın ölməsinə və bir neçə nəfərin yaralanmasına bais olub. Bombanın hərbi bazaya yaxın bazarda partladıldığı bildirilir. Fransa xəbər agentliyi Talibanın hücum üçün məsuliyyəti öz üzərində götürdüyünü bildirir.

XS
SM
MD
LG