Accessibility links

Əfqanıstanda iki polis zabiti həlak olub və azi 25 nəfər yaralanıb


Əfqanıstanda iki polis zabiti həlak olub və azi 25 nəfər yaralanıb

Əfqanıstanda iki polis zabiti həlak olub və azi 25 nəfər yaralanıb

Robert Geyts Əfqanıstandakı müharibədə irəliləyişi qiymətləndirmək məqsədi ilə Əfqanıstana gəlib

Əfqanıstan rəsmiləri xəbər verirlər ki, qoşa bomba partlayışları nəticəsində ölkənin şərq hissəsində iki polis zabiti həlak olub və azi 25 nəfər yaralanıb. Əfqanıstanın Daxili İşlər Nazirliyi hadisənin bu gün Cəlalabadda məscid yaxınlığında baş verdiyini bildirib. Yaralananların arasında 16 polis və doqquz mülki vətəndaş var.
Bu arada ABŞ müdafiə naziri Robert Geyts Əfqanıstandakı müharibədə irəliləyişi qiymətləndirmək məqsədi ilə Əfqanıstana gəlib. Geytsin iki günlük səfəri təhlükəsizlik məsələlərini əfqan qüvvələrinə ötürmək məqsədi daşıyır. ABŞ qoşunlarının ölkədən çıxarılması bu il başlanmalıdır. Bu gün Geytslə Əfqanıstan prezidenti Həmid Karzay arasında koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində mülki vətəndaşlar arasında təlafat haqdada da müzakirələr gözlənilir.

XS
SM
MD
LG