Accessibility links

Əfqanıstanda inkişaf gözlənildiyindən ləng gedir


Paneta qüvvələrin Əfqanıstanda idarəetmə, korrupsiya, narkotik alveri və Taliban yaraqlıları kimi ciddi problemlərlə qarşılaşdıqlarını bildirib

Mərkəzi Kəşviyyat Agentliyinin rəhbəri, Leon Panetta Əfqanıstanda irəliləyiş əldə etməyin çətin olmasından və bu irəliləyişin gözlənildiyindən daha ləng getdiyini bildirib. Bazar günü ABŞ televiziyasında çıxış edən Paneta qüvvələrin ölkədə idarəetmə, korrupsiya, narkotik alveri və Taliban yaraqlıları kimi ciddi problemlərlə qarşılaşdıqlarını bildirib. Panetta deyib ki, ordu Əfqanıstanda zorakılıqların artmasının şahidi olub. O deyib ki, ABŞ rəsmiləri Əfqanistanda uğurun və uğursuzluğun əsas səbəbini əfqanların effektiv ordu və polis qüvvələri yaratmaq üçün məsuliyyət daşıya bilib-bilməməsində görür. Panetta deyib ki, Əfqanıstan Talibanın ölkədə sığınacaq tapmasına imkan verməməlidir. Dünən ABŞ hərbi qüvvələrinin başcısı Admiral Mayk Mallen Əfqanıstan və Pakistanın yüksək rütbəli rəsmilərini inandırıb ki, Əfqanıstana yeni təyin olunmuş baş komandan müharibə ölkəsində strategiyanı və ya missiyanı dəyişməyəcək. Mallen çərşənbə günü General Makkristalin istefasından sonra Əfqanıstana səfər edib.

XS
SM
MD
LG