Accessibility links

Əfqanıstanda intiharçı ordu avtobusuna hücum edib


Əfqanıstanda intiharçı ordu avtobusuna hücum edib

Əfqanıstanda intiharçı ordu avtobusuna hücum edib

Əfqanıstan polisi xəbər verir ki, paytaxt Kabildə ordu avtobusuna hücum edən intiharçı 10 adamın yaralanmasına bais olub.

Kabil polisinin sözçüsü Həşmət Stanekzay deyib ki, şəhərin şərqində baş verən partlayış nəticəsində yeddi əsgər və üç mülki vətəndaş yaralanıb. Ölən yoxdur.

Rəsmilər intiharçının piyada avtobusa yaxınlaşdığını və bədəninə sarıdı bombanı detonasiya etdiyini bildirirlər.

Hücuma görə hələlik heç kəs məsuliyyə öz üzərinə götürməyib. Üç həftə bundan öncə Kabildəki xarici hərbi bazada baş verən partlayışlara görə Taliban məsuliyyəti öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG