Accessibility links

Əfqanıstanda İki koalisiya əsgəri vertolyot qəzasında həlak olub


NATO rəsmiləri bu gün iki koalisiya əskərinin Əfqanıstanın şərqində vertolyot qəzasında həlak olduğunu deyib. Koalisiya qüvvələri qəzanın səbəblərini araşdırır. İlkin məlumatda qəzanın düşmən tərəfindən törədilmədiyi deyilir.

Bundan başqa Əfqanıstanın cənubunda bu gün yaraqlı hücumunun bir NATO əsgərini öldürdüyü deyilir. NATO həlak olanların adları və milliyətlərini açıqlamayıb.

Dünən Əfqanıstan prezidenti Həmid Karzay bir ailədən səkkiz nəfərin koalisiya hava hücumu nəticəsində öldürülməsini pisləyib. Hadisənin baş verdiyi Paktia vilayətində əfqan və beynəlxalq qüvvələr Taliban militantlara qarşı mübarizə aparır.

Vilayətin qubernatorunun sözcüsü Ruhulla Samun dünən Amerikanın Səsinə gecə vaxtı keçirilən hava hücumlarının bir kişi, onun həyat yoldaşı və altı uşağının ölümünə səbəb olduğunu deyib. Onda olan məlumata görə həlak olan şəxs heç bir militant qrupa mənsub olmayıb və ya hökumət əleyhinə fəaliyyətlərə qatılmayıb.

XS
SM
MD
LG