Accessibility links

Əfqanıstanda kommunist rejiminin devrilməsinin 18-ci ildönümü qeyd edildi


Əfqan liderləri mücahidinlərin kommunist rejimi üzərində qələbəsini qeyd etmək üçün Kabildə təntənəli mərasim və hərbi parad keçirib.

Əfqanıstanda vətəndaşlar və rəsmilər Sovet kommunist rejiminin devrilməsinin 18-ci ildönümünü qeyd ediblər. Çərşənbə günü Əfqan liderləri mücahidinlərin qələbəsini qeyd etmək üçün Kabildə təntənəli mərasim və hərbi parad keçirib.

Butanda Cənubi Asiya liderlərinin regional samitinə qatılan prezident Həmid Karzay mərasimdə iştirak etməyib. Vitse-prezident və nazirlər kabineti mərasimi prezident sarayında keçirib.

2008-ci ildə Sovet rejiminin devrilməsinin ildönümündə qiyamçılar prezident Karzayı qətlə yetirməyə cəhdi göstərmişdilər. Cəhd üç nəfərin - bir parlament üzvü, qəbilə başçısı və 10-yaşlı uşağın-ölümü ilə nəticələnmiş, cənab Karzay isə xəsarət almamışdı.

Taliban hücum cəhdi üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG