Accessibility links

Əfqanıstanda minaların partlaması 12 əfqan mülki vətəndaşının və bir NATO əsgərinin ölümünə səbəb olub


NATO bu gün həlak olmuş əsgərlərin milli mənsubiyyəti, ya da hücumla bağlı təfsilatları açıqlamayıb

Əfqanıstanın şərqində yol kənarında yerləşdirilmiş ayrı-ayrı minaların partlaması 12 əfqan mülki vətəndaşının və bir Polşa əsgərinin ölümü ilə nəticələib. Polşanın Müdafiə nazirliyi bildirib ki, bu gün Qəzni vilayətində bir əsgər qətlə yetirilib və beş başqa xidmət üzvü yaralanıb. Alyans Qəzni vilayətinin Qarabaux rayonunda baş verən partlayış nəticəsində üç əfqan tikinti işçisinin həlak olması və ikisinin yaralanması barədə də məlumat verib. Günün sonunda Kunar vilayətinin Bər Kunar rayonunda yerləşdirilmiş başqa bir minanın partlaması nəticəsində doqquz tikinti işçisi həlak olub.

XS
SM
MD
LG