Accessibility links

Əfqanıstanda NATO-nun bir əsgəri həlak olub


NATO əsgərin ölümülə bağlı detalları açıqlamayıb

NATO bildirir ki, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində xidmət edən bir əsgər üsyançıların ölkənin cənubunda hücumlarından sonra bu gün həlak olub. NATO əsgərin ölümülə bağlı təfərrüta varmayıb və onun milliyəti haqda heç bir məlumat verməyib. NATO dünən bildirmişdi ki, beynəlxalq və əfqan təhlükəsizlik qüvvələri Zabul vilayətində bir neçə yaraqlını nəzarət altına alıb. Alyansın dünən verdiyi digər məlumata görə, birgə əməliyyat zamanı Helmənd və Uruzqan vilayətlərində bir neçə cəbbəxana aşkar edilərək məhv edilib.

XS
SM
MD
LG