Accessibility links

Əfqanıstanda NATO qüvvələrinə qarşı hücumlar davam edir (Yenilənib)

  • Amerikanın səsi

Əfqanıstanda NATO qüvvələrinə qarşı hücumlar davam edir (Yenilənib)

Əfqanıstanda NATO qüvvələrinə qarşı hücumlar davam edir (Yenilənib)

NATO-nun Əfqanıstandakı qüvvələri Quranın yandırılmasına qarşı artıq üçüncü gündür davam edən etiraz aksiyalarının keçirildiyi bir vaxt əfqan əsgərinin uniformasını geymiş şəxsin iki koalisiya qulluqçusunu qətlə yetirdiyini bildirib. Bu gün həyata keçirilən qətlin nümayişlərlə əlaqədar olduğu məlum deyil.

Müsəlmanların müqəddəs kitabının ləkələyənlərə dərs olsun deyə, Taliban xarici hərbi bazalara və əsgərlərə qarşı hücumlara çağıran bəyanatla çıxış edib.

Ölkənin müxtəlif bölgələrində olduğu kimi Laqman vilayətində də yüzlərlə etirazçının ABŞ hərbi bazasının ətrafına tolaşaraq bazanın divarlarını daşa basdığı, şimaldakı Baqlan vilayətində ertiraz aksiyaları zamanı isə bir etirazçının öldürüldüyü, iki polis işçisinin isə yaralandığı deyilir.

Bu gün eləcə də Qəndəhar vilayətindəki koalisiya hərbi bazası yaxınlığında ölümlə nəticələnən insidentin baş verdiyi bildirilir.

XS
SM
MD
LG