Accessibility links

Əfqanıstanda oğurlanmış iranlılar azadlığa buraxılıb


Əfqanıstanda oğurlanmış iranlılar azadlığa buraxılıb
Əfqanıstanda oğurlanmış iranlılar azadlığa buraxılıb

Aprelin 18-də Əfqanıstanın Fərah əyalətində yol inşaatı sahəsində fəaliyyət göstərən İran şirkətinə silahlı basqın olub. Nəticədə 12 iranlı mühəndis oğurlanıb.

Əfqanıstanda oğurlanmış İran vətəndaşları azadlığa buraxılıb. Bunu aprelin 20-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

Aprelin 18-də Əfqanıstanın Fərah əyalətində yol inşaatı sahəsində fəaliyyət göstərən İran şirkətinə silahlı basqın olub. Nəticədə 12 iranlı mühəndis oğurlanıb. Kabilin 700 kilometrliyində yerləşən Fərah əyalətinin rəsmilərindən olan Nəqibullah Fərahi jurnalistlərə açıqlamasında demişdi ki, naməlum silahlı şəxslər əyalətin “Şibkuh” məntəqəsində fəaliyyət göstərən İran şirkətinə hücum çəkərək 12 iranlı mühəndisi girov götürüb bilinməz istiqamətə aparıblar.

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst deyib ki, İranın Kabildəki səfirliyi Əfqanıstan rəsmiləri ilə müzakirələr aparıb birgə tədbir görəndən sonra aprelin 20-də axşam saatlarında iranlı mühəndislər azadlığa buraxılıb.

Azadlığa çıxan iranlıların səhhətinin normal olduğunu vurğulayan Mehmanpərəst onları girov götürənlərin kimliyi barədə açıqlama verməyib.

XS
SM
MD
LG