Accessibility links

Əfqanıstanda polis məntəqəsinə hücum edilib


Əfqanıstanda polis məntəqəsinə hücum edilib
Əfqanıstanda polis məntəqəsinə hücum edilib

Taliban yaraqlılarının ehtimal edilən hücumu nəticəsində ölkənin cənubunda səkkiz əfqan polisi öldürülüb. Yerli rəsmilər hücumun bu gün səhər Ləşkər Qah şəhəri yaxınlığında baş verdiyini bildiriblər. Rəsmilər başqa üç polisin yaralandığını və hücuma məruz qalan zabitlərdən birinin yoxa çıxdığını bildirblər. Rəsmilər yoxa çıxmış polis zabitinin hücumda əli olub-olmadığını araşdırırlar. Dünən bu ərazidə, polis məntəqəsi yaxınlığında bomba partlayışı azı iki nəfəri öldürüb və bir neçə polis zabitini yaralayıb.

XS
SM
MD
LG