Accessibility links

Əfqanıstanda intiharçı hücumu və başqa bir partlayış təqribən yeddi polis işçisinin ğlümünə səbəb olub. Qəndəhar vilayətinin qubernatorunun sözcüsü avtomobildə yerləşdirilmiş bombanın Arqistan rayonunda polis yoxlama məntəqəsi yaxınlığında partlayaraq beş polis zabitini öldürdüyü və altısını yaraladığı deyib.

İkinci partlayış Nanqarhar vilayətinin paytaxtı Cəlilabadın polis yoxlama məntəqəsində iki polis işçisinin ölümünə səbəb olub. Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib. Qəndahar vilayəti Talibanın yarandığı yerdir və bu ayın əvvəlində Taliban özünün illik bahar hücumlarını həyata keçirəcəyini elan edib.

XS
SM
MD
LG