Accessibility links

Əfqanıstanda qadın aparıcılara yeni qadağalar


Əfqanıstanda qadın aparıcılara yeni qadağalar

Əfqanıstanda qadın aparıcılara yeni qadağalar

Əfqanıstan hökuməti yerli televiziyaların qadın aparıcılarına yeni qadağalar tətbiq edib. Belə ki, onlara hicab taxmamış efirə çıxmaq və kosmetikadan çox istifadə qadağan olunub.

İnformasiya və Mədəniyyət Nazirliyi bu tələbi dünən mediaya göndərilən məktubda bildirib.

Bu arada Əfqanıstan və ABŞ rəsmiləri xarici qüvvələr ölkəni tərk edəndən sonra stabilliyi təmin etmək üçün Talibanla danışıqları müzakirə edir.

İnsan haqları fəalları qadınların müdafiəsinə dair narahatlıqlarını ifadə edib.

Əfqanıstan mediasına 2001-ci ildə Talibanın devrilməsindən bəri azadlıqlar verilib. Son on ildə ölkədə onlarla yeni televiziya kanalları fəaliyyətə başlayıb.

1990-cı illərdə Talibanın hakimiyyəti dövrü Əfqanıstanda qadınların işə getməsi, təhsil alması və ya kişinin müşayiəti olmadan evi tərk etməsi qadağan idi.

XS
SM
MD
LG