Accessibility links

Əfqanıstanda qadın namizədin kampaniyasında çalışan 5 nəfərin cəsədi aşkar edilib


Onlar çərşənbə günü girov götürmüşdülər

Əfqan rəsmiləri bildirirlər ki, onlar parlament seçkilərində namizəd olan qadın Fovziyə Gəlaninin seçki kampaniyasında işləyən və girov götürülən 5 nəfərin cəsədini ölkənin qərbindəki Herat vilayətində bu gün tapıblar. Sentyabr ayının 18-də keçiriləcək parlament seçkilərində bir namizəd kimi iştirak edən xanım Fovziyə Gəlani az qadın namizədlərdən biridir. Onun seçki kampaniyasında çalışanları naməlum silahları şəxslər çərşənbə günü girov götürmüşdülər. Əməliyyatın məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Əfqanıstan seçki komisiyasının rəsmiləri bildirirlər ki, təhlükəsizliyi nəzərə alaraq 900-dən çox seçki məntəqəsini bağlayıb.

XS
SM
MD
LG