Accessibility links

Əfqanıstanda qəzaya uğrayan təyyarənin uçuş heyətinin cəsədlərini aşkar etmək mümkün olmayıb


Əfqanıstanda qəzaya uğrayan təyyarənin uçuş heyətinin cəsədlərini aşkar etmək mümkün olmayıb

Əfqanıstanda qəzaya uğrayan təyyarənin uçuş heyətinin cəsədlərini aşkar etmək mümkün olmayıb

Təyyarədə olan 9 ekipaj üzvündən 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşı idi. Əfqanıstan hakimiyyəti iyulun 6-da Bəhram yaxınlığında qəzaya uğramış Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus İL-76 yük təyyarəsinin “qara qutusu”nu bu həftə ərzində ekspertiza üçün Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndərəcək.

Əfqanıstan hakimiyyəti iyulun 6-da Bəhram yaxınlığında qəzaya uğramış Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus İL-76 yük təyyarəsinin “qara qutusu”nu bu həftə ərzində ekspertiza üçün Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndərəcək. Bu barədə bu günki mətbuat konfransında qəzanın səbəblərinin araşdırılması üzrə Azərbaycan komissiyasının sədri, “AZAL” QSC-nin vitse-prezidenti İlham Əmirov bildirib.
Mətbuat konfransında NATO koalisiya qüvvələrinə məxsus vertolyotlar vasitəsilə Pərvan əyalətində qəza yerində çəkilmiş video və fotoları nümayiş olunub. Kadrlarda hadisə yeri, həmçinin təyyarənin böyük əraziyə dağılmış qalıqları əks olunub. Çəkilişlər iyulun 8-də həyata keçirilib.
Cənab Əmirov qeyd edib ki, NATO və Əfqanıstanın Nəqliyyat Nazirliyinin nümayəndələrinin də dediyinə görə, qəza yerində ekipaj üzvlərinin cəsədlərini aşkar etmək mümkün deyil, belə ki, qəza nəticəsində 2 saat davam edən güclü yanğın baş verib. Yanğın nəticəsində 190 ton çəkisi olan təyyarə, 30 tonluq yanacaq və 18 tonluq yük demək olar ki, tamamilə yanıb.
Onun sözlərinə görə, komissiya üzvləri təhlükəsizlik nöqteyi-nəzərdən təyyarənin düşdüyü yerə baş çəkə bilməyib, belə ki, həmin ərazi döyüş əməliyyatları zonasıdır. “Qara qutu”ya gəlincə, onu yerli polislər taparaq, Kabulda mərkəzi hakimiyyətə təhvil verib.
Beynəlxalq konvensiyalara əsasən, əfqan komissiyasının fəaliyyəti haqqında hesabat İKAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) və Azərbaycan hökumətinə təqdim edilməlidir.
Xatırladaq ki, təyyarədə olan 9 ekipaj üzvündən 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşı idi.
Cənab Əmirov hazırda “SilkWay” şirkətinin Əfqanıstana yük daşımalarını davam etdirdiyini deyib. “Kabul və Bəhram hava limanları istisna olmaqla, Əfqanıstanın digər hava limanlarına uçuşlar həyata keçirilir”.

XS
SM
MD
LG