Accessibility links

Əfqanıstanda silahlı şəxslər humanitar yardım qrupuna hücum edib


Hücum zamanı 1 nəfər həlak olub

Əfqan rəsmiləri bildirirlər ki, silahlı şəxslərin Alman və Əfqanlardan ibarət humanitar yardım qrupuna hücumu nəticəsində bir nəfər həlak olub və bir neçə adam isə yaralanıb. Hadisə Pakistanla həmsərhəd olan Xost vilayəntində bu gün baş verib. Bu arada NATO-nun başçılıq etdiyi Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri bildirirlər ki, ilkin araşdırmalara əsasən Beynəlxalq və Əfqanıstanın təhlükəsizlik qüvvələri çərşənbə günü Xost vilayətində təsadüfən iki mülki vətəndaşı öldürüb. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bəyanatında qeyd edilib ki, əməliyyatda uşaq daxil olmaqla bir neçə adam isə yaralanıb. Hadisə hərbi qüvvələr qiyamçıların atəşinə cavab verərkən baş verib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG