Accessibility links

Əfqanıstanda sülh şurasının rəhbəri öldürülüb

  • Amerikanın səsi

Əfqanıstanın şərqində rəsmilər intiharçının özünü partladaraq vilayətin sülh şurasının rəhbərini və onun oğlunu qətlə yetirdiyi barədə məlumat verib. Polis bildirib ki, sülh elçisi və onun oğlu cümə namazından evə dönərkən Kunar vilayətində hücuma məruz qalıb. Hadisədə başqa bir nəfər də xəsarət alıb. Sülh şurası Taliban döyüşçülərini danışıqlar masasına dəvət etməyə kömək edən təşkilatdır. Əfqanıstanın cənubunda rəsmilər NATO-nun yanacaq tankerlərinin aşaraq yeddi nəfəri öldürdüyünü üç nəfəri isə yaraladığını bildirib. Rəsmilər bu gün Pancveyi rayonunda tankerin aşdıqdan sonra alovlandığını deyib. Takerin yaxınlığından keçən mini-avtobus alovlanıb. Əfqanıstanın cənubunda baş vermiş başqa bir hadisədə NATO bir əsgərinin bomba partlayışında həlak olduğunu deyib.

XS
SM
MD
LG