Accessibility links

Əfqanıstanda Taliban qüvvələrinin hücumunun qarşısı alınıb

  • Amerikanın səsi

Əfqan prezidenti Həmid Karzai ekstremistlərin ölkə boyu hücumlar həyata keçirməsini əsasən NATO, lakin eyni zamanda onun ölkəsinin kəşfiyyat xidmətinin zəif olması ilə əlaqələndirib.

Əfqanıstan rəsmiləri bildirib ki, Taliban qüvvələrinin paytaxt Kabildə və üç vilayətdə 18 saat davam edən hücumu bu gün NATO vertolyotlarının müşayiətilə əfqan təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb. Şahidlər süb tezdən ardıcıl olaraq raketlərin binaya düşdüyünü deyib. Vertolyotlar Kabildə yaraqlılar gizlənən binanı bombardman etdikdən sonra hücumun qarşısını almaq mümkün olub.

Cənab Karzai əfqan qüvvələrinin şücaətinin ölkəni müdafiə etməyə qadir olduqlarına işarə etdiyini bildirib. ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandiri, amerikalı general Con Allen prezidentin sözləri ilə razılaşaraq əfqanların hücumun qarşısını belə cəld və planlı şəkildə almasını yüksək qiymətləndirib.

Hücum zamanı parlament, NATO-nun baş qərərgahı və ABŞ, Almaniya və Britaniya səfirlikləri hədəf alınıb. Yaraqlılar eyni zamanda, ölkənin şərqində üç vilayətə də hücum ediblər.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb.Yüksək rütbəli əfqan rəsmiləri hücumun Taliban və əl-Qaidə ilə əlaqəli olan Haqqani şəbəkəsi tərəfindən həyata keçirildiyini deyib.

Rəsmilər 36 yaraqlının hücum zamanı öldürüldüyünü deyib. Hadisə zamanı əfqan təhlükəsizlik qüvvələrindən on nəfər və dörd mülkü vətəndaş həlak olublar.

XS
SM
MD
LG