Accessibility links

Əfqanıstanda Taliban tərəfindən 19 adam girov götürülüb


Əfqan rəsmilərinin bildirdiyinə görə, ümumilli parlament seçkiləri ərəfəsindəTaliban tərəfindən bir namizəd və bir neçə seçki nümayəndəsi daxil edilməklə,19 adam girov götürülüb

Əfqan rəsmilərinin bildirdiyinə görə, ümumilli parlament seçkiləri ərəfəsindəTaliban tərəfindən bir namizəd və bir neçə seçki nümayəndəsi daxil edilməklə,19 adam girov götürülüb. Müstəqil Seçki Komissiyasının sözçüsü namizədin Lağman vilayətində oğurlandığını təsdiq edib. 8 seçki rəsmisi və 10 kampaniya işçisinin isə Badqis vilayətində girov götürülüdüyü bildirilir.Taliban artıq 3 namizəd və seçki nümayəndəsini qətlə yetirib. Əfqanıstan seçkiləri zamanı beynəlxalq qüvvələrin yardımı ilə 250000 polis və əsgər səfərbər ediləcək.

XS
SM
MD
LG