Accessibility links

Əfqanıstanda Taliban yaraqlıları yoxlama məntəqələrinə hücum edib (yenilənib)


Əfqanıstanda Taliban yaraqlıları yoxlama məntəqələrinə hücum edib (yenilənib)
Əfqanıstanda Taliban yaraqlıları yoxlama məntəqələrinə hücum edib (yenilənib)

Əfqan polisinin məlumatında Taliban yaraqlılarının yoxlama mənətəqələrinə hücumları nəticəsində 12 polis işçisinin yaralandığı və həlak olduğu deyilir. Bu gün səhər Kabildən 120 kilometr məsafədə yerləşən Qaradağ rayonunda baş verən hücumda atışma zamanı 6 polis işçisi öldürülüb. Bazar günü eyni rayonda yoxlama məntəqəsinə edilən digər yaraqlı hücumunda üç polis işçisi öldürülmüşdü. Ölkənin şərqindəki Qəzni vilayətində intiharçının yoxlama məntəqəsində həyata keçirdiyi hücum nəticəsində isə bir neçə polis işçisi ölüb. Başqa bir yaraqlı hücumunda NATO bir əsgərinin öldürüldüyünü bildirib. Əsgərin hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.

XS
SM
MD
LG