Accessibility links

Əfqanıstanda tiryəkin dəyəri qalxır

  • Amerikanın səsi

Əfqanıstanda tiryəkin dəyəri qalxır

Əfqanıstanda tiryəkin dəyəri qalxır

BMT-nin açıqladığı məlumatda deyilir ki, 2011-ci ildə Əfqanıstanda tiryəkin qiyməti ondan qabaqkı illə müqayisədə 133 faiz artıb. BMT-nin Narkotik Maddələr və Cinayət şöbəsinin son araşdırmaları Əfqanıstanda tiryək yetişdirməklə məşğul olan fermerlərin gəlirinin 1.4 milyard təşkil etdiyini göstərir. Bu rəqəm Əfqanıstanda ümumdaxili məhsulun doqquz faizini təşkil edir.

Şöbənin icraçı direktoru Yuriy Fedotov deyib ki, tiryək Əfüqanıstan iqtisadiyyatının başlıca gəlir mənbəyidir. Onun sözlərinə görə, tiryək ölkədə korrupsiyanın inkişafına və yaraqlıları maliyyələşdirməyə xidmət edir.

Ötən il aparılmış sorğular göstərir ki, Əfqanıstanda fermerlərin 60 faizi tiryəki yüksək qiymətinə görə becərir.





XS
SM
MD
LG