Accessibility links

Əfqanıstanda üç NATO əsgəri həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda üç NATO əsgəri həlak olub

Əfqanıstanda üç NATO əsgəri həlak olub

NATO Əfqanıstanın cənubunda Taliban hücumları nəticəsində 3 əsgərinin həlak olduğunu xəbər verir. Bu arada Əfqanıstan hökuməti koalisiya və əfqan hökumət qüvvələrinin ölkə boyu 49 militant öldürdüklərini bildirib.

NATO iki hərbi qulluqçunun yolkənarı bomba partlayışları nəticəsində həlak olduqlarını xəbər verir. Üçüncüsü isə dünən oxşar hücumda həlak olub. Alyans ölənlərin milliyətini açıqlamayıb.

Əfqanıstan rəsmiləri Loqar vilayətində bir məktəbə düşən raket nəticəsində bir oğlanın öldüyünü və 10 şagirdin yaralandığını xəbər verib. Raketin kimlər tərəfindən atıldığı hələlik aydın deyil.

XS
SM
MD
LG