Accessibility links

Əfqanıstanda xarici qüvvələrin sayı azalır

  • Amerikanın səsi

Əfqanıstanda xarici qüvvələrin sayı azalır

Əfqanıstanda xarici qüvvələrin sayı azalır

Britaniya mətbuatı yazır ki, baş nazir Deyvid Kameron bu həftə 2012-ci ilin sonunadək 500 əsgərin Əfqanıstandan çıxarılacağını elan etməlidir. Bəyanatın çərşənbə günü səslənəcəyi gözlənilir. ABŞ prezidenti Barak Obama keçən ay bu ilin sonunadək 10 min nəfərdən ibarət əsgəri qüvvənin Əfqanıstanı tərk edəcəyini bəyan edib. 2012-ci ilədək əsgərlərin sayı ixtisar edilib, 68 minə endiriləcək. Britaniya əsgər sayı baxımından Əfqanıstanda ikinci böyük hərbi kontingentə malikdir. 9500 əsgər yalnız Helmənd vilayətinə yerləşdirilib. Almaniya da ilin sonunadək 500 əsgərin Əfqanıstandan çıxarılcağını elan edib. Almaniyanın o ökədə 5000 nəfərlik qüvvəsi var.

XS
SM
MD
LG