Accessibility links

Əfqanıstanda yarım milyon daxili köçkün var


Əfqanıstanda yarım milyon daxili köçkün var
Əfqanıstanda yarım milyon daxili köçkün var

Beynəlxalq insan haqları qrupu Əfqanıstanda döyüşlər nəticəsində yarım milyon insanın evlərindən didərgin düşdüyünü bildirib. Bu insanlar ev, ərzaq və məktəbdən məhrum olublar.

Londonda qərargahlaşmış Amnesty Inrenational–ın bu günkü məlumatında vəziyyətin dəhşətli olduğu və insan haqlarının pozulduğu deyilir. Məlumatda qaçqınların ərzaq qıtlığı ilə üzləşdiyi, antisanitariya və şəraitsiz çadır düşərgələrində yaşadıqları deyilir. Paytaxt Kabil ətrafında qurulan çadır düşərgələrində azı 28 uşaq şəraitsizlik ucbatından tələf olub.

Amnesty
təşkilatının rəsmisi Maykl Boçenik bu gün müxbirlərə evlərindən didərgin düşmüş insanların sayının artmaqda davam etdiyini deyib. Onun sözlərinə görə Əfqanıstanda müharibə nəticəsində evlərindən didərgin düşmüş çox sayda insan var:

“Onların sayı günə 400 nəfərə edir. 2008-ci ildən bəri bu insanların sayı hər il artmaqda davam edib və bu ilin əvvəlində biz yalnız Əfqanıstanda bir milyon insanın əsasən konflikt ucbatından başqa ölkələrə köçəcəyini ehtimal edirik,” deyə o, bildirib.

XS
SM
MD
LG