Accessibility links

Əfqanıstanda yaraqlılar 8 polis işçisini öldürüb


Talibanın təsir qüvvəsi artdıqca şimal vilayətində əfqan və beynəlxalq qüvvələrə qarşı hücumların sayı da çoxalır

Əfqan rəsmiləri deyir ki, Taliban yaraqlıları Kunduz vilayətində keçirdiyi reyd zamanı 8 polis zabitini qətlə yetirilib. Rəsmilərin sözlərinə görə, militantlar Kunduz şəhərinə bu gün hücum ediblər. Polislərdən yalnız biri yaralanalaraq canını qurtara bilib. Talibanın təsir qüvvəsi artdıqca şimal vilayətində əfqan və beynəlxalq qüvvələrə qarşı hücumların sayı da çoxalır. New York Times-ın verdiyi xəbərə görə isə, Əfqanıstan prezidentinin korrupsiya ittihamları ilə üzləşən yardımçısı ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə (CIA) işləyir. Adı açıqlanmayan əfqan və amerikalı rəsmilərə istinad edən məlumatda Əfqanıstan Milli Təhlükəsizlik Şurasının rəsmisi Məhəmməd Siya Salehinin illərdir CIA-dən pul aldığı deyilir.

XS
SM
MD
LG