Accessibility links

Əfqanıstanda yaraqlılar beş amerikalı əsgəri qətlə yetirb


General Deyvid Petreas deyib ki, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması, müttəfiq qüvvələrinin “seyrəlməsi” olacaq

ABŞ qoşunları üçün ölümcül günlərin davamı olaraq, NATO Əfqanıstanda ayrı-ayrı hücumlar nəticəsində yaraqlıların beş amerikalı əsgəri qətlə yetirdiklərini bildirib. Əsgərlərdən dördü bu gün şərqdə yolkənarı partlayışı nəticəsində həlak olub. Əsgərlərin biri isə cənubda yaraqlılar tərəfindən hücum zamanı həlak olub. Dünən cənubda yolkənarı partlayış nəticəsində yeddi ABŞ əsgəri də daxil olmaqla, səkkiz alyans hərbiçiləri həlak olub. Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin rəhbəri bu gün bldirib ki, qoşunları növbəti il çıxartmağa başlamaq planı o demək deyil ki, təhlükəsizlik əfqan qüvvələrinə həvalə ediləcək. General Deyvid Petreas deyib ki, 2011-ci ilin iyul ayı prezident Barack Obamanın bəyan etdiyi kimi ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması, müttəfiq qüvvələrinin “seyrəlməsi” olacaq. Petreas eyni zamanda bildirb ki, cənab Obamanın Əfqanıstana göndərişinə qərar vermiş əlavə 30 min əsgərin sonuncuları növbəti bir neçə gündə Əfqanıstana gələcəklər. Beləliklə, Əfqanıstanda ABŞ əsgərlərinin sayı 150 minə çatacaq.

XS
SM
MD
LG